Azərbaycan klubu Valensiyanı baxışa gətirdi

22 İyul 2022 10:40 Sumqayıt 2 913
Azərbaycan klubu Valensiyanı baxışa gətirdi

Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında olan "Sumqayıt" baxışa yeni legioner dəvət edib.

Bu haqda Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

Onun bildirdiyinə görə, Omar Valensiya bu gün səhər saatlarında düşərgəyə gəlib.

20 yaşlı müdafiəçi bir həftə yoxlanışda qalacaq və məhz bundan sonra onunla bağlı qərar veriləcək.

Omar Valensiya son olaraq Panamada “Plasa Amador”un formasını geyinib. Arxa xətt oyunçusu hazırda azad agent statusu daşıyır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti