2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” ilk yoxlama oyununda qüvvəsini sınayıb.
Sportinfo.az xəbər verir ki, Aleksey Baqanın komandası qardaş ölkənin 1-ci liqa təmsilçisi “Bandırmaspor”la üz-üzə gəlib.
Bolu bölgəsində, “VON Resort Hotel”in meydançasında baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Matçda “Sumqayıt”ın qollarını 58-ci dəqiqədə yoxlanışda olan toqolu hücumçu, sabiq “Başakşehir”li Ouro-Nile Ture və 90-cı dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.

