“Sumqayıt”da serbiyalı yeni məşqçi

21 İyul 2022 11:40 Sumqayıt 921
“Sumqayıt”da serbiyalı yeni məşqçi

“Sumqayıt”ın məşqçilər korpusunda yenilik baş verib verib,

Mövsümlərarası fasilədə fiziki hazırlıq üzrə ispaniyalı yardımçı Gerard Merino ilə yolları ayıran “kimyaçılar” bu dəfə həmin vəzifəyə serbiyalı gətirib.

Belaruslu Aleksey Baqanın yeni köməkçisinin adı Qoran Bastiçdır. Balkanlı mütəxəssislə yaxın günlərdə birillik rəsmi müqavilə imzalanacaq.

Sumqayıtlılar daha əvvəl – iyunda Dobre Mihayı düşərgəyə dəvət etmişdi.

Sonuncu iş yeri ölkəsində “Botoşani” olan rumıniyalı mütəxəssis burada cəmi 2-3 saat qalıb. 47 yaşlı yardımçı komanda ilə məşqə çıxandan sonra burada qalmağı lazım bilməyib.

Mihay gedərkən futbolçuların səviyyəsini bəhanə edib. Rumın əksər oyunçuların verdiyi tapşırıqları yerinə yetirmək iqtidarında olmadığını bildirib və “belə vəziyyətdə işləmək mənə çətin olacaq” söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti