Üçünçü legionerin müqavilə öhdəliyi ilə bağlı “Sumqayıt”dan AÇIQLAMA

21 İyul 2022 09:40 Sumqayıt 935
Üçünçü legionerin müqavilə öhdəliyi ilə bağlı “Sumqayıt”dan AÇIQLAMA

Məlum olduğu kimi, "Sumqayıt" Vüsal İsgəndərli, Stiven Pereira və Damian Daniçiçin ardınca növbəti futbolçunun keçidini realaşdırıb.

Belə ki, son olaraq Qazaxıstanda "Maktaaral"ın formasını geyinmiş Rifat Nurmuqametlə 1+1 illik müqavilə imzalanıb.

"Kayrat"ın yetirməsi olan cinah yarımmüdafiəçisi karyerası boyunca "Jetısu" və "Aktobe"də də çıxış edib. 26 yaşlı legioner Qazaxıstanın U-21 millisinə də dəvət alıb.

“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a açıqlamasında Nurmuqametlə aylıq 5000 dollara razılıq aetmələti yönündə yayılmış xəbərləri təsdiqləməyib.

O, qazax oyunçunun göstərilən rəqəmdən xeyli aşağı məbləğə kontrakta imza atdığını bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti