"Sumqayıt" Türkiyə klubu ilə qollu bərabarə qaldı

20 İyul 2022 19:10 Sumqayıt 1 541
"Sumqayıt" Türkiyə klubu ilə qollu bərabarə qaldı

Yeni mövsümün hazırlıqlarını Türkiyənin paytaxtı Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Aleksey Baqanın baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqa təmsilçisi "Bandırmaspor"la üz-üzə gəlib.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Hesabı “Sumqayıt”dan Ali Ture açıb (55-ci dəqiqə).

Ardınca “Bandırmaspor” 2 qol vurub. 65-ci dəqiqədə Levent, 80-ci dəqiqədə İsak fərqlənib. 87-ci.dəqiqədə Rüfət Abdullazadə “kimyaçılar”I məğlubiyyətdən xilas edib.

"Gənclik şəhəri" təmsilçisi Qızılcahamamda daha 2 sınaq matçı keçirməyi planlaşdırır.

.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti