"Sumqayıt" Yusif Nəbiyevlə yolları ayırıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
O, yeni sezona "Kəpəz"də başlayacaq. Qardaşı Fərid Nəbiyevlə bərabər.
5 ildən artıq müddətdə Çexiyada legioner həyatı yaşayan Fərid "Viktoriya"dan (Jidkov) ayrılıb və azad agent statusu ilə Gəncə təmsilçisinə keçib.

