Yeni müqavilə imzaladı, daha 1 il vəzifədə qaldı

20 İyul 2022 15:00 Sumqayıt 1 099
Yeni müqavilə imzaladı, daha 1 il vəzifədə qaldı

«Sumqayıt» Hakan Sünalla yeni müqavilə bağlayıb.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib.

Onun verdiyi məlumata görə, türkiyəli funksioner daha 1 il futbol akademiyasının baş koordinatoru vəzifəsini yerinə yetirəcək.

Ötən ilin yayındadan əvəzedici komandaya da rəhbərlik etmiş Hakan Sünal bu vəzifəsini tərk edib.

«Kimyaçılar» onun rəhbərliyi altında cəmi 20 xal toplayıb və I Divizionu sezonu 11-ci pillədə bitirib.

Onu kimin əvəzlədiyi də məlumdur. Klub rəhbərliyi əvəzedici heyəti Vüqar Quliyevə tapşırıb. R.Məmmədov bildirib ki, rəsmi qərar yaxın günlərdə açıqlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti