Polşa millisinin sabiq üzvü "Sumqayıt"da

19 İyul 2022 16:00 Sumqayıt 1 636
Polşa millisinin sabiq üzvü "Sumqayıt"da

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Sumqayıt"ın düşərgəsinə yeni futbolçu qoşulub.

Bu, polşalı qolkiper Mateus Kuctadır.

Ötən mövsümü "Odra" klubunda keçirən 26 yaşlı qapıçı "kimyaçılar"ın düşərgəsinə azad agent kimi qoşulub.

O, "Odra"dan başqa "Qornik", "Zaqlebie" və "Katoviç" kimi klublarda da çıxış edib.

Polşanın U-21 millisinin də şərəfini qorumuş əcnəbi oyunçu ilə böyük ehtimal yaxın günlərdə müqavilə imzalanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti