Divizion komandası almaniyalıdan alındı, yerliyə tapşırıldı

19 İyul 2022 14:20 Sumqayıt 1 254
Divizion komandası almaniyalıdan alındı, yerliyə tapşırıldı

«Sumqayıt»ın əvəzedici komandasının sükanı arxasında dəyişiklik baş verib.

Ötən ilin yayında təytnat alan Hakan Sünal vəzifəsini tərk edib.

Almaniya türkü olan mütəxəssis burada uğursuz nəticələri ilə yadda qalıb. «Kimyaçılar» onun rəhbərliyi altında cəmi 20 xal toplayıb və I Divizionu sezonu 11-ci pillədə bitirib.

Onu kimin əvəzlədiyi də məlumdur. Klub rəhbərliyi əvəzedici heyəti Vüqar Quliyevə tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti