"Sumqayıt" Vüsal İsgəndərli, Stiven Pereira və Damian Daniçiçin ardınca növbəti futbolçunun keçidini realaşdırıb.
Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, son olaraq Qazaxıstanın "Maktaaral" klubunda çıxış etmiş cinah yarımmüdafiəçisi Rifat Nurmuqametlə 1+1 illik müqavilə imzalanıb.
"Kayrat"ın yetirməsi olan Rifat karyerası boyunca "Jetısu" və "Aktobe" klublarında da çıxış edib. 26 yaşlı futbolçu Qazaxıstanın U-21 millisinə də dəvət alıb.
Yeni mövsümə Türkiyədə hazırlaşan"Sumqayıt", beləcə, üçüncü legionerlə sövdələşib.
Kabo-Verde yığmasının mərkəz müdafiəçisi Steven Perayra və Serbiya U-21 millisinin cinah müdafiəçisi Damian Daniçiçlə 3 illik müqavilə imzalandığını xatırladaq.

