«Sumqayıt» legioner qadağası götürüləndən sonra xarici bazarda fəallığını artırıb.
Hazırda Türkiyədə təlim-məşq toplanışında olan «kimyaçılar» düşərgəsinə daha bir əcnəbi cəlb edib.
Ouro-Nile Toure yoxlanışdan keçmək üçün Aleksey Baqanın sərəncamındadır.
Toqolu hücumçu 1998-ci il doğumludur. Belaruslu baş məşqçi onu qarşıdakı yoxlama görüşlərində sınayacaq.
SPORTİNFO.AZ

