"Sumqayıt" yeni mövsümə hazırlığın ikinci mərhələsini Türkiyədə davam etdirir.
Amma komandanın müdafiəçisi Höccət Haqqverdi haqqında eyni sözləri demək olmaz.
Belə ki, millimizin də üzvü olan futbolçu hələ də komandaya qoşulmayıb.
29 yaşlı müdafiəçi hazırlığın Sumqayıtda baş tutan birinci mərhələsində də iştirak etməmişdi.
Ancaq onun Türkiyə toplanışına qatılacağı gözlənilirdi. "Kimyaçılar" artıq 3 gündü qardaş ölkədə olsa da Höccətdən hələ xəbər yoxdur.
Milliləşdirilmiş iranlı müdafiəçinin "Sumqayıt"la növbəti mövsümün sonuna kimi müqaviləsi olduğunu bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ

