Üzərindən qadağa götürülən Azərbaycan klubunda üçüncü legioner

18 İyul 2022 10:40 Sumqayıt 1 961
Üzərindən qadağa götürülən Azərbaycan klubunda üçüncü legioner

Yeni mövsümə Türkiyədə hazırlaşan "Sumqayıt" üçüncü legionerlə sövdələşib.

Kabo-Verde yığmasının mərkəz müdafiəçisi Steven Perayradan sonra Serbiya U-21 millisinin cinah müdafiəçisi Damian Daniçiçlə 3 illik müqavilə imzalayan "kimyaçılar" Rıfat Nurmuqametlə anlaşıb.

Qazaxıstanlı yarımmüdafiəçi növbəti mövsümün sonunadək “gənclik şəhəri“ təmsilçisinə məxsus olacaq.

1+1 illik müqaviləyə razılaşan 26 yaşlı legioner karyerası ərzində “Kayrat”, “Jetısu”, “Aktobe” və “Maktaaral”ın ofrmasını geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti