Mahir Emrelinin komanda yoldaşı Azərbaycana gəlməyə necə razılaşıb?

17 İyul 2022 11:40 Sumqayıt 2 037
Mahir Emrelinin komanda yoldaşı Azərbaycana gəlməyə necə razılaşıb?

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Kabo-Verde yığmasının müdafiəçisi Steven Perayradan sora daha bir legioneri heyətinə cəlb edib.

Belə ki, Serbiya U-21 millisinin üzvü Damian Daniçiç “Dinamo”dan dəvət olunub.

Mahir Emrelinin də şərəfini qoruduğu Zaqreb klubundan gələn 22 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

"Srvena Zvezda"nın yetirməsi olan Daniçiç karyerası ərzində yerli "Qrafiçar", "Vozdovats", Xorvatiyada "İstra" və "Varazdin"in formasını geyinib.

Serbiyalı "kimyaçılar"la 5000 dollar qarşılığında anlaşıb. Növbəti iki mövsümdə aylıq qazancı bundan daha çox olacaq.

Bu müddət ərzində ona başqa bir klubdan təklif gələrsə, "Sumqayıt" mümkün satışdan 100 min dollar gəlir əldə edəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti