"Sumqayıt" 2022/2023 mövsümünün hazırlıq prosesinin ikinci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Aleksey Baqanın rəhbərlik etdiyi kollektiv Bolu şəhərində 2 həftəlik təlim-məşq toplanışı keçəcək.
"Sumqayıt" 30 iyul tarixinədək davam edəcək hazırlıq prosesi zamanı 3 yoxlama oyunu keçirəcək. Lakin komandanın rəqibləri hələ açıqlanmayıb.

