Bu gün Türkiyənin yolunu tutan “Sumqayıt” yeni mövsümə 5 legionerlə başlayacaq.
Baş məşqçi Aleksey Baqa ilə rəsmilər arasında məsləhətləşmə bu qərarla nəticələnib.
Kabo-Verde yığmasının mərkəz müdafiəçisi Steven pereyra ilə 3 illik müqavilə imzalayan “kimyaçılar” daha 4 mövqeyə əcnəbi futbolçu transfer edəcək.
Belaruslu mütəxəssis qapıçı, sağ və sol cinah müdafiəçisi və mərkəz hücumçusu alınmasını istəyib.
Razılaşmaya əsasən, əgər büdcədə əlavə vəsait qalarsa, avqustun sonuna yaxın daha 2 legioner komandaya cəlb ediləcək.
Baqa dayaq yarımmüdafiəçisi və hücumameylli yarımmüdafiəçisi ilə güclənməyin tərəfdarı olduğunu bilidirib.
SPORTİNFO.AZ

