“Sumqayıt” yeni mövsümə hazırlıqların birinci mərhələsini dünən “Kəpəz”lə baş tutan yoxlama matçı ilə (3:2) doğma şəhərdə başa vurdu.
Kollektiv toplanışın ikinci mərhələsini isə Türkiyədə keçirəcək. Bu məqsədlə “kimyaçılar” bu gün qardaş ölkəyə yola düşəcək.
Amma yoxlanışda olan bütün futbolçularla bağlı bu sözləri demək olmaz.
Belə ki, baş məşqçi Aleksey Baqanın rəğbətini qazana bilməyən moldovalı sağ cinah müdafiəçisi Aleksandr Belausov və azərbaycanlı qapıçı Elxan Əhmədovun Türkiyə toplanışında iştirak etmələrinə gərək duyulmayıb.
Qvineyalı vinger Ali Ture və qazaxıstanlı hücumameylli yarımmüdafiəçi Rifat Nurmaqamet isə Sumqayıt təmsilçisinin qardaş ölkədəki toplanışında da iştirak edəcək.
Artıq bu futbolçular üçün Türkiyəyə bilet sifariş edilib.
XANOĞLAN / SPORTİNFO.AZ

