"Şükürlər olsun ki, hər şey qaydasında getdi" - "Sumqayıt"ın kapitanı

15 İyul 2022 17:40 Sumqayıt 841
"Şükürlər olsun ki, hər şey qaydasında getdi" - "Sumqayıt"ın kapitanı

Yeni mövsümə hazırlaşan “Sumqayıt” dünən “Kəpəz”lə oynadığı yoxlama matçı ilə toplanışın birinci mərhələsini başa vurmuş oldu.

Komanda hazırlığın ikinci yarısı üçün isə bu gün Türkiyəyə üz tutacaq.

Kapitan Vurğun Hüseynov Sportinfo.az-a açıqlamasında hazırlığın ilk mərhələsini dəyərləndirib:

“Ayın 27-si məşqlərə başlamışıq. Şükürlər olsun ki, hər şey qaydasında getdi. Bəzən gündə 1, bəzən də 2 olmaqla fiziki və taktiki məşqlərimiz olurdu.

Məqsədimiz çempionata hazır olmaqdır. “Sabah” və “Kəpəz”lə yaxşı sınaq matçlarımız oldu.

Çünki səhvlərimizi gördük və bundan sonra onların üzərində daha diqqətlə çalışacağıq.

Qarşıda bizi Türkiyə toplanışı gözləyir. Orada da yaxşı rəqiblərlə oyunlarımız olacaq. Daha yaxşı çalışıb, çempionata hazır olmağa çalışacağıq.”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti