Braziliyalı da “Kəpəz“i Sumqayıt”ın əlindən ala bilmədi - FOTOLAR

15 İyul 2022 02:00 Sumqayıt 1 139
Braziliyalı da “Kəpəz“i Sumqayıt”ın əlindən ala bilmədi - FOTOLAR

2022/23 mövsümü üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Aleksey Baqanın komandası “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Kəpəz”lə üz-üzə gəlib.

Ev sahibləri rəqibini 3:2 hesabı ilə üstələyib. “Sumqayıt”ın qollarını Vüsal İsgəndərli, Elşən Abdullayev və Araz Abdullayev vurub. "Sarı-göylər"dən qolları ilk yarıda gürcüstanlı Giorgi Kantariya və baxışda olan braziliyalı Juninyo vurub.

Bununla da, “Sumqayıt” yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub.

Komanda 1 günlük istirahətin ardından iyulun 16-da təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək.

30 iyul tarixinədək davam edəcək toplanış müddətində 3 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix barədə klubun rəsmi media hesabları tərəfindən məlumat veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti