Yeni mövsümə hazırlıqlarını davam etdirən "Sumqayıt" bu gün "Kəpəz"lə yoxlama oyunu keçirib.
İlk yoxlama oyununda "Sabah"ı məğlub edən (2-1) Aleksey Baqanın yetirmələri bu dəfə də meydandan qalib ayrılan tərəf olublar.
Qol sarıdan bolluq olan matç "kimyaçılar"ın 3-2 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada daha çox diqqət çəkən məqam isə tribunalarda rəsmi oyun ab-havasının yaşanması olub.
Sumqayıtda keçirilən matç rəsmi xarakter daşımasa da yerli tərəfdarların böyük marağına səbəb olub.
Belə ki, "Kapital Arena"nın ehtiyat meydançasında keçirilən görüşü izləməyə çox sayda azarkeş gəlib.
Sportinfo.az bunu özündən əks etdirən fotoları sizə təqdim edir.
XANOĞLAN

