Avstriya yığmasının eks yarımmüdafiəçisi şərtlərlə razılaşmadı, Azərbaycandan getdi

14 İyul 2022 17:40 Sumqayıt 2 546
Avstriya yığmasının eks yarımmüdafiəçisi şərtlərlə razılaşmadı, Azərbaycandan getdi

“Sumqayıt”da baxışda olan Rami Tekir Avstriyaya qayıdıb.

Avstriyanın U-21 yığmasının sabiq üzvü olan “Sabah”la yoxlama görüşündə meydana çıxmış və məşqçilər korpusunun rəğbətini qazanmışdı.

Fəqət, 25 yaşlı yarımmüdafiəçi müqavilə şərtlərində “kimyaçılar”la ortaq məxrəcə gələ bilməyib.

“Vakker İnsburk” və “Lieferinq” kimi klubların formasını geyinmiş türkiyəli legioner “gənclik şəhəri” təmsilçisinin ona ödəyə biləcəyi məbləğdən qat-qat artıq əməkhaqqı istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə