Yeni mövsüm üçün hazırlığı davam etdirən “Sumqayıt” FK təlim-məşq toplanışının ilk mərhələsi çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, sözügedən komanda yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz”lə üz-üzə gələcək.
Bu gün “Sumqayıt Arena”nın təbii örtüklü köməkçi meydançasında keçiriləcək oyuna saat 18:00-da start veriləcək.

