"Sumqayıt"ın düşərgəsinə gəldi, indi Baqadan cavab gözləyir

13 İyul 2022 23:00 Sumqayıt 1 150
"Sumqayıt"ın düşərgəsinə gəldi, indi Baqadan cavab gözləyir

Yeni mövsümə hazırlıqları davam etdirən “Sumqayıt”ın düşərgəsinə yeni futbolçu qatılıb.

Bu, son mövsümü “Səbail”də keçirən Elxan Əhmədovdur.

29 yaşlı qapıçı “kimyaçılar”ın düşərgəsinə baxışa gəlib. Onun komandada qalması üçün baş məşqçi Aleksey Baqanın müsbət rəyini alması lazımdır.

“Bakı”nın yetirməsi olan qolkiper son 4 mövsümü “Səbail”də olub.

Azərbaycanın U-21 millisinin sabiq üzvünun aktivində 40 Premyer Liqa təcrübəsi var. Bunun17-si “Bakı”nın qalanı isə “Səbail”in payına düşür.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti