Premyer Liqa təmsilçimiz məşhur klubdan hücumçu transfer edir?

13 İyul 2022 10:40 Sumqayıt 3 834
Premyer Liqa təmsilçimiz məşhur klubdan hücumçu transfer edir?

“Sumqayıt” əcnəbi futbolçu axtarışlarını davam etdirir.

Komandanın maraq dairəsinə düşən növbəti futbolçu Braziliyalı Jose Vitor Dos Santosdur.

Cənubi Amerikanın məşhur klublarından sayılan “Vasko Da Qama”nın üzvü olan 23 yaşlı futbolçu mərkəz hücumçusudur.

Karyerası daha çox ölkəsində keçən forvard İsveçin “Frey Taby” komandasında da çıxış edib.

İndiyə kimi 47 matça çıxan braziliyalı oyunçunun aktivində 14 qol var.

Jose Vitorun hazırkı klubu ilə 2023-cü ilin aprelinə kimi müqaviləsi var. Danışıqları ləngidən əsas maneə də budur. Əgər razılıq əldə olunsa, sanbaçı Sumqayıt təmsilçisinə icarəyə də verilə bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti