Premyer Liqa klubu yeni legionerlər barədə qərarını ertələdi

10 İyul 2022 19:00 Sumqayıt 1 890
Premyer Liqa klubu yeni legionerlər barədə qərarını ertələdi

Yeni mövsümə hazırlıqlarını doğma şəhərində davam edən "Sumqayıt" bir neçə legioneri baxışdan keçirir.

Bunlar moldovalı sağ cinah müdafiəçisi Aleksandr Belausov, qvineyalı vinger Ali Ture, qazaxıstanlı hücumameylli yarımmüdafiəçi Rifat Nurmaqamet, türkiyəli hücumçu Rami Tekirdir.

Sonuncu Avstriyanın U-21 yığmasının sabiq üzvüdür və karyerası ərzində “Vakker İnsburk”, “Liferinq”də oynayıb.

Dünən Aldesey Baqa onlara "Sabah"la keçirilən yoxlama matçında etimad göstərib. Amma gözlənilənələrin əksinə, baş məşqçi adıçəkilən legionerlər barədə yekun qərarını verməyib.

Belaruslu mütəxəssis baxışdan gələnlərin ona lazım olub-madığını iyunun 15-də - "Kəpəz"lə növbəti yoldaşlıq görüşündjən sonra dəqiqləşdirəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti