"Sumqayıt"ın qələbəsində pay sahibi olanlar - FOTOLAR

10 İyul 2022 00:30 Sumqayıt 1 407
"Sumqayıt"ın qələbəsində pay sahibi olanlar - FOTOLAR

"Sumqayıt" və "Sabah" arasında yoxlama görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, "Kapital Bank Arena"da keçirilən görüş ev sahiblərinin qələbəsilə başa çatıb.

Qonaqların baş məşqçisi Murad Musayev aşağıdakı start heyətə şans verib:

Aleksandr Neçayev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Boyan Letiç, Elvin Camalov (k), Aleksey İsayev, Anatoli Nuriyev, İldar Ələkbərov, Namik Ələskərov, Davit Volkov, Ceyhun Nuriyev.

Oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın qollarına Araz Abdullayev və İbrahim Əliyev imza atıb. Matçda qonaqların qoluna fasilədən sonra meydana çıxmış Camal Cəfərov imza atıb.

“Sabah” növbəti yoxlama oyununu iyulun 14-də “Bank Respublika Arena”da “Səbail”ə qarşı keçirəcək.

Masazır təmsilçisi iyulun 17-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın bu mərhələsi iyulun 31-nə kimi davam edəcək.

“Sumqayıt” hazırlıq prosesinin ilk mərhələsi çərçivəsində növbəti yoxlama oyununu “Kəpəz”ə qarşı keçirəcək. 14 iyul tarixinə planlaşdırılan qarşılaşma “Kapital Bank Arena”da baş tutacaq.

Onu da nəzərinizə çatdıraq ki, “Sumqayıt” yeni mövsümə hazırlığın 2-ci mərhələsini 16-30 iyul tarixləri arasında Türkiyənin Bolu şəhərində keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti