2022/2023 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk legioneri heyətinə cəlb edib.
Son olaraq Cənubi Afrika Respublikasının “Maritzburq Yunayted” klubunda çıxış etmiş Kabo-Verde millisinin üzvü Steven Pereyra ilə 2+1 illik müqavilə imzalanıb.
“5” nömrəli formanı geyinəcək 28 yaşlı müdafiəçinin “kimyaçılar“dan alacağı pulun məbləği də məlumdur. Belə ki, afrikalı burada keçirdiyi hər aya görə 7000 dollar qazanacaq.
Niderland futbolunun yetirməsi olan Steven Pereyra adıçəkilən ölkədə “Zvolle”, “Maastrixt” kimi klublarda çıxış edib.
Bolqarıstanda “ÇSKA” (Sofiya), Portuqaliyada “Santa Klara”, “Akademiko Viseu” və “Oliveyrense”nin də uğurları üçün çalışıb. O, Kabo-Verde millisinin heyətində 10 oyunda da iştirak edib.
SPORTİNFO.AZ

