Millinin üzvü "Sumqayıt"dan niyə ayrı düşüb?

9 İyul 2022 23:00 Sumqayıt 1 027
Millinin üzvü "Sumqayıt"dan niyə ayrı düşüb?

"Sumqayıt" yeni mövsümə hazırlıqları davam etdirir.

Doğma şəhərdə məskunlaşan komanda qarşıdakı günlər keçirəcəyi iki yoxlama matçının ardınca Türkiyəyə yola düşəcək.

Komandanın vacib fiqurlarından olan Höccət Haqverdi isə hələ də məşqlərə qoşulmayıb. Amma narahatlığa əsas yoxdur.

Klubdan əldə etdiyimiz məlumata görə, futbolçu ilə komanda arasında hər hansı narazılıq yoxdur.

Milli komandanın üzvü şəxsi işləri ilə bağlı klubdan icazə alıb və böyük ehtimal hazırlığın birinci mərhələsində iştirak etməyəcək.

31 yaşlı təcrübəli müdafiəçi yalnız qardaş ölkədə baş tutacaq toplanışın ikinci mərhələsində kollektivə qoşulacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti