Premyer Liqa klubunda narahatlıq - Gələnlər ümid, axtarışlar bəhrə vermir

8 İyul 2022 23:00 Sumqayıt 1 615
Premyer Liqa klubunda narahatlıq - Gələnlər ümid, axtarışlar bəhrə vermir

"Sumqayıt" yeni mövsümə hazırlıqlarını davam etdirir.

15-nə kimi Sumqayıtda qalacaq komanda məhz bu tarixdə qonşu ölkəyə yola düşəcək.

Hələki baş məşqçi Aleksey Baqa istədiyi heyətlə məşqlərini keçə bilmir.

Tellur Mütəllimov, Rəhim Sadıxov, Əli Qurbani kimi əsas simalar komandadan ayrılıbsa, Camaləddin Xocaniyazov və Höccət Haqverdi isə hələ də məşqlərdə iştirak etmir.

Birinci ilə müqavilə başa çatıb, yenidən "kimyaçılar"a qayıtmayacağı ehtimal edilir. Amma danışıqlar tam dayandırılmayıb.

Höccət Haqqverinin isə klubla növbəti mövsümün sonuna kimi müqaviləsi var. Milli üzvü ilə bağlı da son qərar verilməyib.

Transferi dəqiqləşən bir futbolçu var - Steven Pereira.

Gözlər yoldadır. Müxtəlif mövqelərə Braziliya və Afrikadan bir neçə futbolçunun kollektivə qoşulması gözlənilir. Bu, birbaşa müqavilə də ola bilər, yoxlanış üçün məşqlərə qoşulma da.

Düşərgədə isə yoxlanışda olan üçün legioner - Qazaxıstan, Avstriya və Moldovdan ola futbolçular hələ də qalır.

Amma heç biri o qədər də ürəkaçan təsir bağışlamır. Moldovalı legionerin göndəriləcəyi ilk baxışdan sezilir.

Yəqin ki, qarşıdakı iki yoxlama matçı daha çox digər iki legionerlə bağlı yekun qərarın verilməsində həlledici olacaq.

Axtarışlar isə davam edir. Hər gün çox sayda futbolçuya yaxından baxılır, analiz edilir, amma yekun nəticə qanedici deyil. Hər bir halda gecikmə var. Və bu, belaruslu mütəxəssisi narahat edən ən ümdə məsələdir. Axı yeni mövsümün startına vur-tut 1 ay vaxt qalır.

XANOĞLAN / SPORTİNOF.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti