"Sumqayıt" bu transferlə tərəfdarlarına ŞOK YAŞATDI

8 İyul 2022 20:40 Sumqayıt 2 962
"Sumqayıt" bu transferlə tərəfdarlarına ŞOK YAŞATDI

"Sumqayıt" yeni mövsümə hazırlıqları doğma şəhərdə davam etdirir.

10 illik həsrətdən sonra, nəhayət, bu yay heyətə qatılan ilk legioner Steven Pereira da məşqlərdə aktiv iştirak edənlərdəndir.

Hələ də şokda olan yerli publikanın sevincinin həddi-hüdudu yoxdur. Onlar inanırlar ki, belə transferlər olsa, komandanı iddialı duruma gətirmək olar.

3 illik müqaviləyə imza atan Kabo Verde millisinin müdafiəçisinə indidən xüsusi diqqət var. Ondan gözləntilər böyükdür. Bütün bunları sosial şəbəkələr yazılan rəylərdən görməmək mümkün deyil:

"Axır ki, xarici futbolçu gəldi".

"Əla, ardı gəlsin".

"Axır ki, son illər "Sumqayıt"a belə oyunçu gəldi. Bir braziliyalı oyunçu da gəlsə əla olar".

"Pate Banqura, İssa Nikiemalı günlər yadıma düşdü".

"Kövrəldim lap. "Sumqayıt" da legioner alarmış. 1-2 belə oyunçu da olsa maraqlı olacaq".

Kabo Verdeli oyunçular əla olur. Uğurlar, "Sumqayıt". Legioner müdafiəçi, yarımmüdafiəçi və qapıçı transfer etsəniz əla olar".

"Coratda 4 sot torpağa gəlib".

"Sumqayıt" boş yerə bunu gətirməz. Bunun 100% faiz babası azərbaycanlıdır".

"Ay Allah gözlərimə inana bilmirəm. "Sumqayıt" da legioner transfer etdi. Bunu qeyd etmək lazımdır".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti