Azərbaycan klubunda 2-3 saatlıq məşqçi təyinatı - Məşqə çıxdı, xoşuna gəlmədi, getdi

6 İyul 2022 20:40 Sumqayıt 4 998
Azərbaycan klubunda 2-3 saatlıq məşqçi təyinatı - Məşqə çıxdı, xoşuna gəlmədi, getdi

“Sumqayıt” gözlənilməz hadisə ilə üzləşib,

Mövsümlərarası fasilədə fiziki hazırlıq üzrə ispaniyalı məşqçisi Gerard Merino ilə yolları ayıran “kimyaçılar” onun əvəzinə Dobre Mihayı dəvət edib.

Sonuncu iş yeri ölkəsində “Botoşani” olan rumıniyalı mütəxəssis yeni iş yerində cəmi 2-3 saat qalıb. 47 yaşlı yardımçı komanda ilə məşqə çıxandan sonra burada qalmağı lazım bilməyib.

Onun müqavilə şərtlərində klub rəsmiləri ilə ortaq məxrəcə gələ bilməməsi üzündən vətəninə qayıtması doğru deyil.

Mihay gedərkən futbolçuların səviyyəsini bəhanə edib. Rumın əksər oyunçuların verdiyi tapşırıqları yerinə yetirmək iqtidarında olmadığını bildirib və “belə vəziyyətdə işləmək mənə çətin olacaq” söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti