"Baş məşqçi mənim “Sumqayıt”a transferimi çox istəyirdi”

4 İyul 2022 19:40 Sumqayıt 1 025
"Baş məşqçi mənim “Sumqayıt”a transferimi çox istəyirdi”

"Baş məşqçi mənim transferimi çox istəyirdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın yeni transferi Vüsal İsgəndərli deyib.

"Gənclik şəhəri" təmsilçisi ötən mövsümü Türkiyədə - "Keçiörengücü"də keçirmiş 27 yaşlı hücumameylli yarımmüdafiəçini heyətinə qatıb.

Onunla 2 illik müqavilə imzalanıb.

İsgəndərli karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə” və “Şamaxı” klublarının da şərəfini qoruyub. O, Azərbaycan milli komandasında 3 oyun keçirib.

O, Aleksey Baqanın mübarizə komanda quracağına inandığını bildirib: “Düşünürəm ki, yaxşı, istəkli, döyüşkən komanda olacağıq.

İnşallah, yeni transferlər də olacaq. Daha yaxşı heyətlə mövsümə başlayacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu