Məşhur sima Turalı özünə köməkçi götürdü

3 İyul 2022 16:00 Sumqayıt 2 042
Məşhur sima Turalı özünə köməkçi götürdü

Azərbaycan futbolunun tanınmış simalarından olan Vaqif Cavadov məşqçi karyerasını “Sumqayıt”da davam etdirəcək.

Qışda Qazaxıstan təmsilçisi “Turan”a baş məşqçi Vladimir Qazzayevə köməkçi-məşqçi təyin olunan ötənlərin məşhur “7 nömrə”si çox keçmədən oradan ayrıldı.

Daha doğrusu, Qazzayevin gedişindən sonra “Turan”da qalmaq istəmədi.

Azərbaycana qayıdan kimi Cavadova “Sumqayıt”ın U-19 komandası həvalə olundu ki, təklifi qəbul etdi.

Sportinfo.az xəbər verir ki, Vaqif bəy iyulun 4-də yeni işinin icrasına başlayacaq. Məhz həmin gün komanda üzvləri “Kapital Bank Arena”da bir araya gələcək.

Baş məşqçinin köməkçisinin kimliyi də məlumdur. Bu, futbolçu karyerası o qədər də uğurlu alınmayan Tural Rzayevdir.

C kateqoriyasına sahib gənc mütəxəssis Gəncədən olan Rzayev deyil, Bakıdandır.

Vaqif Cavadov Qazaxıstana gedənə qədər “Sumqayıt”ın U-16 komandasına rəhbərlik edib.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!