Yiğmanin müdafiəçisi “Sumqayıt”dan ayrıldı, Ukrayna klubuna keçdi

2 İyul 2022 16:20 Sumqayıt 1 183
Yiğmanin müdafiəçisi “Sumqayıt”dan ayrıldı, Ukrayna klubuna keçdi

"Sumqayıt"dan ayrılan Dmitri Nağıyev karyerasını Ukraynada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, "27 yaşlı müdafiəçi "İnqulets"lə bir illik müqavilə imzalayıb.

Dmitri Nağıyev 2021-ci ilin yanvarından "gənclik şəhəri" təmsilçisinin formasını geyinib.

Oyunçu 2018-ci ilin iyulunda "Sumqayıt"la müqavilə bağlasa da, 1 ay sonra Portuqaliyanın I Divizion təmsilçisi "Cova da Piedade"YA keçib.

Nağıyev Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti