Rusiya yığmasının sabiq müdafiəçisi Azərbaycana qayıtmadı

2 İyul 2022 14:40 Sumqayıt 1 627
Rusiya yığmasının sabiq müdafiəçisi Azərbaycana qayıtmadı

Son 3 mövsümü Azərbaycanda keçirən Cəmaləddin Xocaniyazov “Sumqayıt”an ayrılıb.

Rusiya gənclər yığmasının sabiq müdafiəçisi “kimyaçılar”la yeni müqavilə şərtlərində ortaq məxrəcə gələ bilməyib.

“Gənclik şəhəri” təmsilçisi ona ötən mövsüm aldığı maaşdan (5000 dollar) iki dəfə aşağı pul təklif edib, o isə bununla razılaşmayıb.

“Sumqayıt” təhbərliyi arxa xətt oyunçusuna fikirləşmək üçün 5-6 gün vaxt verib. Xocaniyazov qərarını dəyişsə, komandanın Türkiyə toplanışında yer alacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!