Azərbaycan yığmasının müdafiəçisi yenidən bu klubla anlaşdı

30 İyun 2022 14:40 Sumqayıt 1 396
Azərbaycan yığmasının müdafiəçisi yenidən bu klubla anlaşdı

Azərbaycan yığmasının müdafiəçisi Höccət Haqverdi “Sumqayıt”la razılığa gəlib.

Anlaşmaya əsasən, arxa xətt oyunçusu “kimyaçılar”la müqaviləsinin müddətini yeniləyib.

Son vaxtlar adı “Neftçi” və “Sabah”la yanaşı hallanan cənubi azərbaycanlı daha 1 il “gənclik şəhəri” təmsilçisinə məxsus olacaq.

Haqverdi 2021-ci ilin yanvarından Premyer Liqada çıxış edir.

“Peykan"dan (90 oyun, 4 qol) gələn mərkəz müdafiəçisi karyerası ərzində İsfahan "Zob Ahan"ının (26 oyun) uğurları üçün də çalışıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”