“Buradan öz istəyimlə ayrıldım, heç bir problem olmadı”

30 İyun 2022 13:00 Sumqayıt 566
“Buradan öz istəyimlə ayrıldım, heç bir problem olmadı”

“Buradan öz istəyimlə ayrıldım, heç bir problem olmadı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın idman direktoru vəzifəsindən ayrılan Zamiq Hüseynov deyib.

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Daha öncə PFL-in Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olan Zamiq Hüseynov 2018-ci ildən "Sumqayıt"ın idman direktoru postunda çalışırdı.

Onun fəaliyyəti dövründə komanda 2 dəfə avrokuboklara vəsiqə qazanıb, 2 dəfə Azərbaycan Kubokunun finalçısı olub, 1 dəfə isə Premyer Liqanın bürünc medallarına yiyələnib.

Bundan sonra “Səbail”də idman direktorunun köməkçisi olaraq çalışacaq Z.Hüseynov “Sumqayıt”da gözəl günlər yaşadığını bildirib:

“Bilirisz ki, mən qalmaqaldan uzaq insanam. Harada işləmişəmsə, həmişə çalışmışam ki, ətrafəmızdakı insanlarla yaxşı münasibət qurum.

PFL-də də belə olub, “Sumqayıt”da da. Olduğum yerlərdə uğur üçün əlimdən gələni etmişəm. “Sumqayıt”dan ayrılmaq asan olmadı.

Neçə ildir burada idim, kollektivə,öyrəşmişdim. Sağ olsunlar, qərarıma anlayış göstərdilər. Hamısı ilə halallaşdım.

Ötən 4 ildə mənə göstəırdikləri etimad və diqqətə görə klub rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.

Bundan sonra başqa bir klubda çalışacam. Həılə rəsmi təyinat olmayıb. Yaxın 1-2 gün ərzində açıqlama veriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti