"Sumqayıt" transfer etdi - Türkiyə klubundan ayrılan vingeri

28 İyun 2022 16:20 Sumqayıt 673
"Sumqayıt" transfer etdi - Türkiyə klubundan ayrılan vingeri

2022/2023 mövsümünə hazırlaşan "Sumqayıt" ilk futbolçu transferini gerçəkləşdirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsümü Türkiyənin "Keçiörengücü" klubunda keçirmiş Vüsal İsgəndərlini heyətinə qatıb.

27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Vüsal İsgəndərli karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə” və “Şamaxı” klublarının da şərəfini qoruyub. O, Azərbaycan milli komandasında 3 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti