"Neftçi" bu anlaşma üçün milyonlarla avro ödəməli olub – ÜSTÜ AÇILDI

28 İyun 2022 10:40 Sumqayıt 2 462
"Neftçi" bu anlaşma üçün milyonlarla avro ödəməli olub – ÜSTÜ AÇILDI

"Neftçi"nin yeni məşqçi korpusuna ödəyəcəyi aylıq məbləğ bəlli olub.

Samir Abasov və köməıkçiləri ilə vidalaşan paytaxt təmsilçisi Rumıniyadan dəvət etdiyi mütəxəssislərə hər ay 48 min avro xərcləyəcək.

Bu məbləğin 22 min avrosu baş məşqçi Laurentsiu Regekampfın payına düşür. Yerdə qalan vəsait Viorel Dinu, Boqdan-Kornel Merişanu və Floren Aleksandrunun hesabına köçürüləcək.

Onlarla 2 illik müqavilə imzalanıb.Viorel Dinu köməkçi-məşqçi, Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, Floren Aleksandru isə qapıçılar üzrə məşqçi funksiyalarını yerinə yetirir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti