Müharibə gedən ölkədən zəng gəldi, sonra... AYRILIĞIN SƏBƏBİ

28 İyun 2022 09:40 Sumqayıt 1 187
Müharibə gedən ölkədən zəng gəldi, sonra... AYRILIĞIN SƏBƏBİ

Andrey Popoviçin “Sumqayıt”ı tərk etməsinin səbəbi bəlli olub.

Ukrayna əsilli qapıçı vətənindən gələn zəngə görə Azərbaycandan ayrılıb.

Belə ki, ötən mövsümün ilk yarısında formasını geyindiyi LNZ-in rəhbərliyi onunla əlaqə saxlayaraq, geri dönməsini tapşırıb. Popoviç də tərəddüd etmədən bu çağırışı qəbul edib və müharibənin getdiyi Ukraynaya yollanıb.

“Kimyaçılar” aprelin 2-də 30 yaşlı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalamışdı. Razılığa əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadılacaqdı.

Millimizin sabiq kiperi daha əvvəl - 2011/12, 2013/14 və 2014/15 mövsümlərində "Sumqayıt"ın formasını geyinib.

2008 - 2012-ci illərdə Azərbaycanın U-19, U-21 və əsas yığmalarında çıxış etmiş kiper "Bakı", "Abşeron" və "Qəbələ"nin də şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti