Azərbaycan klubunda ŞOK AYRILIQ! - SON DƏQİQƏ

27 İyun 2022 22:40 Sumqayıt 2 514
Azərbaycan klubunda ŞOK AYRILIQ! - SON DƏQİQƏ

Bu gün yeni mövsümün hazırlığına start verən “Sumqayıt”da gözlənilməz ayrılıq qeydə alınıb.

Dmitri Nağıyevin ardınca Andrey Popoviç də düşərgəni tərk etməli olub.

3 ay öncə komandaya qayıtmış millinin sabiq qapıçısının hansı səbəbdən burada qalmaması hələ dəqiq məlum deyil.

“Kimyaçılar” aprelin 2-də 30 yaşlı Ukrayna əsilli qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalamışdı. Razılığa əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadılacaqdı.

Andrey Popoviç daha əvvəl - 2011/12, 2013/14 və 2014/15 mövsümlərində "Sumqayıt"ın formasını geyinib.

2008 - 2012-ci illərdə Azərbaycanın U-19, U-21 və əsas yığmalarında çıxış etmiş kiper "Bakı", "Abşeron" və "Qəbələ"nin də şərəfini qoruyub. Onun son klubu Ukraynada LNZ olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti