"Sumqayıt"da yeni təyinat baş tutdu

27 İyun 2022 16:20 Sumqayıt 966
"Sumqayıt"da yeni təyinat baş tutdu

“Sumqayıt”ın məşqçilər korpusunda yeni təyinat olub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-2020-ci illərdə komandada çıxış edən Rail Məlikov Aleksey Baqanın köməkçisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, "Sumqayıt"da keçirdiyi 4 mövsümdə ümumilikdə 73 oyuna çıxan Rail Məlikov futbolçu karyerasında “Sumqayıt"la yanaşı “Bakı”, “Neftçi”, “Denizlispor”, “Qəbələ”, AZAL və “Şamaxı” klublarının uğurları üçün çalışıb.

Məlikov məşqçi kimi ötən mövsüm “Şamaxı-2” ilə 1-ci divizionun gümüş medallarına yiyələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti