Azərbaycan yığmasının keçmiş vingeri “Sumqayıt”la “nigaha girdi”

27 İyun 2022 16:40 Sumqayıt 2 412
Azərbaycan yığmasının keçmiş vingeri “Sumqayıt”la “nigaha girdi”

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Vüsal İsgəndərlinin karyerasını Premyer Liqada davam etdirəcəyi dəqiqləşib.

Ötən mövsümü Türkiyədə keçirən vinger “Sumqayıt”la münasibətlərini rəsmiləşdirib. “

Ankara Keçiörengücü”dən ayrılan cinah oyunçusu “kimyaçılar”la birillik müqavilə imzalayıb. O, bu müddətdə hər ay 8000 manat əməkhaqqı alacaq.

Razılaşmaya əsasən, ilin sonunda ölkə xaricindən sərfəli təklif gələrsə, “Sumqayıt” Vüsala sərbəst agent statusu verəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti