“Sumqayıt”ın baş məşqçisi neçə legioner istəyir?

27 İyun 2022 13:00 Sumqayıt 1 699
“Sumqayıt”ın baş məşqçisi neçə legioner istəyir?

Bu gün "Sumqayıt" yeni mövsümün hazırlıqlarına start verib.

Aleksey Baqanın rəhbərlik etdiyi kollektiv toplanışın ilk hissəsini doğma şəhərdə keçəcək.

İyulun 15-dək sürəcək hazırlıq çərçivəsində "kimyaçılar" bir yoxlama oyunu keçirəcək.

“Gənclik şəhəri” təmsilçisi iyulun 17-də Türkiyənin yolunu tutacaq. Boludakı 2 həftəlik təlimlərdə 3 yoxlama oyunu nəzərdə tutulub.

Hələlik sparrinq-rəqiblərin adları bilinmir.

Elə baxışa gələcək legionerlərin adları da. Sumqayıtlılar Braziliya, Serbiya, Ukrayna, İran, Portuqaliya və Almaniyadan olan xeyli sayda futbolçu arasında seçim edir.

Baş məşqçi Aleksey Baqa diqqətini çəkən əcnəbilərin adlarını qarşıdakı günlərdə rəhbərliyə təqdim eləyəcək.

Belaruslu çalışdırıcı minimum 5 legionerlə müqavilə imzalanmasını istəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti