"Sumqayıt" da başlayır...

27 İyun 2022 02:00 Sumqayıt 913
"Sumqayıt" da başlayır...

"Sumqayıt" bugündən etibarən yeni mövsümün hazırlığına start verəcək.

Sportinfo.az xəbər verir ki, Aleksey Baqanın rəhbərlik etdiyi kollektiv toplanışın ilk hissəsini doğma şəhərdə keçəcək.

İyulun 15-dək davam edəcək hazırlıq çərçivəsində "kimyaçılar" bir yoxlama oyunu keçirəcək.

"Sumqayıt" təlim-məşq toplanışının ikinci hissəsini ölkə xaricində həyata keçirəcək.

Komanda 16 iyul tarixində iki həftəlik hazırlıq psosesi üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək.

Bu müddət ərzində "Koru" hotelində məskunlaşacaq "kimyaçılar" 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Rəqiblərin kimliyi, oyunların keçiriləcəyi tarix və məkan haqqında məlumat klubun rəsmi media hesabları vasitəsi ilə veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti