“Sumqayıt”dan sonuncu təklif – Bu pulu al, istəsən...

24 İyun 2022 21:00 Sumqayıt 2 019
“Sumqayıt”dan sonuncu təklif – Bu pulu al, istəsən...

“Sumqayıt” ötən mövsümü Türkiyədə - "Keçiörengücü"ndə keçirən Vüsal İsgəndərliyə bir daha təklif göndərib.

“Kimyaçılar”ın millinin sabiq yarımmüdafiəçisinə ödəmək istədiyi məbləğ də normaldır - 80 min manat.

Tərəflər anlaşa bilsə, 1 illik müqavilə imzalanacaq. “Gənclik şəhəri” təmsilçisi vingerə başqa bir kömək də təklif edib. İşdir, bu ilin sonuna ona ölkə xaricindən dəvət gəlsə, legioner həyatı yaşamasına şərait yaradılacaq.

“Rəvan”, “Simurq”, “Zirə” və “Şamaxı” kimi klubların formasını geyinmiş Vüsal bugünlərdə yenidən Türkiyədə olub.

“Sakaryaspor” və TFF I Liqanın digər 2-3 təmsilçisinin nümayəndələri ilə görüşüb. Di gəl, onlarla ortaq məxrəcə gələ bilməyib.

Qardaş ölkə klubları İsgəndərliyə görə 100 min dollar ödəmək istəməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti