Premyer Liqa klubu maaş büdcəsini azaltmaq məcburiyyətində qaldı

20 İyun 2022 15:00 Sumqayıt 5 833
Premyer Liqa klubu maaş büdcəsini azaltmaq məcburiyyətində qaldı

«Sumqayıt»da maaş fondu 20 faiz azaldılıb.

Bu, klubun avrokuboklardan kənarda qalmasından qaynaqlanır.

Ötən iki mövsümdə qitəmiqyaslı yarışda iştirak edən «kimyaçılar» bu yay Avropa arenasında mübarizə aparmayacaq, odur ki, UEFA-dan ayrılacaq ümumi vəsaitin miqdarının xeyli aşağı düşəcəyi dəqiqdir.

Üstəlik, «Azərikimya»nın onlara nə qədər büdcə verəcəyi naməlumdur. Bütün bunları nəzərə alan «Sumqayıt»lılar ötən ilin yayında artırılan maaş fondunu yenidən azaltmalı olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti