"Sumqayıt"ın transfer çalışmaları – Son vəziyyət nə yerdədir?

19 İyun 2022 21:00 Sumqayıt 1 502
"Sumqayıt"ın transfer çalışmaları – Son vəziyyət nə yerdədir?

"Komandaya cəlb olunqcaq yeni futbolçularla bağlı işlər davam edir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

Son günlər "kimyaçılar"ın düşərgəsini bir neçə nəfər tərk edib.

Tellur Mütəllimov, Elvin Məmmədov, Eltun Turabov, Tərlan Əhmədli və Anatoli Nuriyevin ardınca, Rəhim Sadıxov da «gənclik şəhəri» təmsilçisi ilə vidalaşıb.

Ötənilki heyətdən yalnız Vurğun Hüseynovla Vüqar Mustafayevlə müqavilə imzalanıb, qalanları isə gözləmə mövqeyindədir.

Həmçinin legionerlər. 11 ildən sonra əcnəbi statuslu futbolçuların xidmətindən istifadə etmək icazəsi alan sumqayıtlılar indi büdcənin dəqiqləşməsini gözləyir.

Hər halda R.Məmmədov belə deyir: «Hər yansı bir yeni müqavilə imzalanacağı halda, mətbuata açıqlama veriləcək».

Digər Xəbərlər
Xəbər Lenti