"Kənarda qalmağımı normal qəbul edirəm"

18 İyun 2022 17:40 Sumqayıt 84 710
"Kənarda qalmağımı normal qəbul edirəm"

"Zədədən sonra tam formamı bərpa edə bilməmişdim.

Bu səbəbdən milli komandanın oyunlarına çatdırmayacağımı bilirdim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin və "Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov deyib.

Ötən mövsümün əvvəlində ayağından aldığı ağır zədə onun yığmadakıı mövqeyinə də ciddi zərbə vurdu. Görəsən, yenidən əsas millinin əsas heyət üzvünə çevrilmək ona çətin olmayacaq ki?

Bədəlovu dinləyək: "Zədədən sonra cəmi 1 oyun oynamışam. Millətlər Liqasında iştirak edən heyətdən kənarda qalmağımı normal qəbul edirəm.

İnşallah, özümü yaxşı tərəfdən göstərib, yenidən milliyə dəvət alacağıma ümid edirəm. Yığma komandamıza isə qarşıdakı matçlarda uğurlar arzu edirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti