Azərbaycanda sponsor himayəsindəki kluba pul buraxmaqdan imtina edib?

18 İyun 2022 09:40 Sumqayıt 1 044
Azərbaycanda sponsor himayəsindəki kluba pul buraxmaqdan imtina edib?

"Yeni mövsüm üçün büdcə məsələsi ilə bağlı məndə hər hansı bir məlumat yoxdur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

Mətbuatda yayılan xəbərlərə görə, "gənclik şəhəri" təmsilçisində büdcə ilə bağlı qeyri-müəyyənlik yaranıb.

"Azərikimya" İstehsalat Birliyinin kluba maliyyə ayırmaqdan imtina etdiyi bildirilir.

2010-ci ildən "kimyaçılar"ın əsas sponsoru olmaq görəvinə üstlənən SOCAR-a bağlı qurumun əksər sosial layihələrin icrasını dayandırdığı bildirilir.

R.Məmmədov qeyd edib ki, büdcə ilə əlaqəli məsələlərə yaxın günlərdə tam aydınlıq gələcək.

O, klub rəhbərliy ilə "Azərikimya" arasında münasibətlərin qaydasında olduğunu, narahatlıq üçün əsas görmədiyini vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti